Tramp Əli əl-Zaidini Müctəba Xameneiyə elçi göndərdi -İDDİA
İraqın Baş naziri Əli əl-Zaidi rəsmi səfərlə Tehrana gəlib.
TodayPress TV xəbər verir ki, səfər Baş nazirin 9 gün əvvəl Ağ evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra baş tutub.
Yayılan məlumatlara görə, Əli əl-Zaidi səfər zamanı İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei ilə görüş keçirməyə cəhd edib. Lakin iddialara əsasən, bu görüşün baş tutmasına icazə verilməyib.
Bundan əlavə, bəzi mənbələr Əli əl-Zaidinin Tehrana Donald Trampın birbaşa mesajını çatdırmaq məqsədilə gəldiyini irəli sürür. Lakin həmin mesajın məzmunu barədə məlumat yoxdur.
Jalə Rövşən