Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi Səudiyyə Ərəbistanına eniş etdi - YENİLƏNDİ

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi Səudiyyə Ərəbistanına eniş etdi - YENİLƏNDİ
30.09.2026 10:41 Dünya

Tel-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

TodayPress TV "The Jerusalem Post"a istinadən xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.

***

10:41

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

TodayPress TV xəbər verir kİ, “Ynet”in məlumatına görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.

Qeyd edək ki, Təl-Əvivdəki Ben Qurion hava limanında bütün uçuşlar dayandırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər