Moldovada PUA partladı - VİDEO

Moldovada PUA partladı - VİDEO
30.09.2026 10:55 Dünya

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Ziarul de Gardă” nəşri Moldova Polisinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəyə alınıb. Hadisə yerinə polisin ixtisaslaşmış bölmələri cəlb olunub.

Polis sakinlərə hadisə yerinə yaxınlaşmamağı, mümkün qalıqlara və şübhəli əşyalara toxunmamağı və araşdırma başa çatanadək ərazidən uzaq durmağı tövsiyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər