Ombudsmanın maaşı 12 min manat olacaq

Ombudsmanın maaşı 12 min manat olacaq
30.09.2026 12:10 Daxili siyasət

Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sosial-maddi təminatı ilə bağlı Konstitusiya qanunına dəyişiklik ikinci səsvermədə qəbul edilib.

TodayPress TV xəbər verir ki, qanun layihəsi 114 səslə qəbul olunub.

Qeyd edilib ki, dəyişiklik dövlət orqanlarında və dövlət qulluğunda əməkhaqqının ödənilməsinin unifikasiyası ilə bağlı həyata keçirilən yeni tənzimləmələr çərçivəsində hazırlanıb.

Qanun ikinci səsvermədən sonra qəbul olunaraq qüvvəyə minməsinə baxmayaraq, onun müddəaları 2027-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər