Payız sessiyası başladı
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir.
TodayPress TV xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
S.Qafarova payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, deputatlar bu gün 16 məsələni müzakirə edəcək.