Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər
Azərbaycan ailəsində dəyərlər baxımından müəyyən tənəzzülün baş verdiyi müşahidə olunur.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu proseslərin qarşısının alınması üçün əlavə qərarların və qanunların qəbul edilməsinə ehtiyac var.
“Proseslər bu tempi ilə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər. Ona görə bu mənada belə bir qanunun qəbul edilməsi gələcəkdə baş verə biləcək proseslərin qarşısının alınmasına öz töhfəsini verə bilər”, – deyə C.Məmmədov qeyd edib.
Qiymət Mahir