Reqatada növbəti zəfər günü: İdmançılarımızdan daha üç medal!

Reqatada növbəti zəfər günü: İdmançılarımızdan daha üç medal!
30.09.2026 12:56 İdman

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci yarış günü keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan avarçəkənləri beynəlxalq reqatanın ikinci gününün ilk yarısında daha üç medal əldə ediblər.

Qiyas Əhmədov və Tengiz Qaqnidzedən ibarət cütlük iki nəfərlik kayak qayığında 500 metr məsafəyə təşkil olunan yürüşdə finiş xəttini birinci keçərək qızıl medala sahib olublar.

Milli komandanın digər üzvləri - Nuran Rəhimli və Elvin Əliyev isə eyni yarışda marşrutu üçüncü pillədə tamamlayaraq bürünc medala yiyələniblər.

Hüseyn Səmədli isə bir nəfərlik kanoe qayığı ilə 1000 metr məsafədə mübarizə apararaq komandamıza bürünc medal qazandırıb.

Qeyd edək ki, Köndələnçay su anbarında start götürən reqatanın ilk günündə avarçəkənlərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdılar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər