Londondakı mərasimdən əvvəl Yamal susqunluğunu pozdu!
İspaniya milli komandasının hücumçusu Lamin Yamal 2026-cı ilin yekunlarına əsasən təqdim olunacaq “Qızıl top” mükafatını qazanmaq şansları haqqında fikir bildirib.
TodayPress TV xəbər verir ki, “Marca” nəşri Yamalın sözlərini sitat gətirib.
“Mən səs vermirəm və kimin qalib gəldiyini bilmirəm. Heç nə haqqında məlumatım yoxdur. Sadəcə gözləmək və oynamağa davam etmək lazımdır. Son məqamda mən yalnız bu “Qızıl top” üçün oynamıram. Mən özüm üçün, azarkeşlər üçün, növbəti mövsüm və milli komanda üçün - qələbələr qazanmağa davam etmək üçün oynayıram”, - deyə Yamal bildirib.
19 yaşlı ispan futbolçu nüfuzlu fərdi mükafata namizədlər sırasındadır. Səsvermə artıq yekunlaşdığı üçün Yamala yalnız nəticələri gözləmək qalır.
Ötən gün hücumçu İspaniya millisinin Xorvatiyaya 4:1 hesabı ilə qalib gəldiyi oyunda iki qola imza ataraq komandasının böyükhesablı qələbəsinə töhfə verib.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi oktyabrın 26-da Londonda keçiriləcək təntənəli mərasimdə elan ediləcək.
Namiq HUN