Fransada dəhşətli hadisə: Məktəbli terror şübhəsilə saxlanıldı
Fransanın şimal-şərqində hüquq-mühafizə orqanları məktəbdə terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Le Figaro” yerli prokurorluğa istinadən məlumat yayıb.
Bildirilib ki, yeniyetmə Sen-Lui şəhərindəki liseydə hücum törətməklə bağlı təhdidlər səsləndirdikdən sonra saxlanılıb.
O, ağır cinayət törətməklə bağlı yazılı təhdidlərə, terrorizmi təqdir etməyə və terror aktının hazırlanması məqsədilə cinayətkar sövdələşmədə iştirakda şübhəli bilinir.
Aysel Mətləb