Quterreş iki nəhəng dövlətə nəyi təklif etdi?
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı iki ölkə arasındakı Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqaviləni (DSNV) əvəz edəcək saziş üzrə danışıqlar aparmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
O qeyd edib ki, Baş katib nüvə təhlükəsizliyi məsələsində dünyanın Soyuq müharibə başa çatdıqdan bəri ən təhlükəli nöqtədə olduğunu vurğulayıb, həmçinin nüvə silahına malik bütün ölkələri təhlükəsizlik sahəsindəki siyasətlərində nüvə silahlarının rolunu azaltmağa çağırıb.
Aysel Mətləb