NBA-da maaş tavanı şoku: Ulduz basketbolçunun gizli milyonları bəlli oldu!
“Los-Anceles Klippers” basketbol klubunun ulduz forvardı Kavay Leonard hərbçilərlə bir saatlıq görüşə görə 672 min dollar alıb.
TodayPress TV xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Pablo Torre "Pablo Torre Finds Out" podkastında məlumat yayıb.
Bildirilib ki, tədbir “Klippers”in ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) maaş tavanını yan keçmək üçün istifadə etdiyi sxemin bir hissəsi olub. Tədbir haqqında sosial şəbəkələrdə paylaşılan post cəmi 119 "bəyənmə" toplayıb. Jurnalist hesab edir ki, bu, görüşün kifayət qədər kiçikmiqyaslı və formal xarakter daşıdığının göstəricisidir.
Leonardın nümayəndələri isə idmançının NBA tərəfindən “Klippers”in təqsirləndirildiyi qanunsuz sxemdən xəbərsiz olduğunu iddia etməkdə davam edirlər. Liqanın aparıldığı araşdırmanın yekunlarına əsasən, klub basketbolçuya “Aspiration Partners”, “Boingo Wireless”, “Daktronics” və “Lockton Insurance” kimi ən azı dörd tərəfdaş şirkətlə müqavilələr vasitəsilə meydandan kənar əlavə gəlir təmin edib.
2021-ci ilə qədər bu müqavilələr Leonarda ümumilikdə 18 milyon dollar gəlir zəmanəti verib. NBA qaydaları pozduğu üçün basketbolçunun özünü 700 min dollar məbləğində cərimələyib.
Xatırladaq ki, mövsümlərarası fasilədə Leonard mübadilə nəticəsində “Toronto Reptors”a keçib. O, 2019-cu ildə bu kluba tarixində ilk dəfə NBA çempionluğunu qazanmağa kömək etmişdi.
Namiq HUN