Jorje Jezuşun qalmaqallı qərarı: Ronaldunun hərəkəti Portuqaliyanı ayağa qaldırdı!
Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş Millətlər Liqasının səfərdə Norveçə 2:1 hesabı ilə qalib gəldikləri matçında 41 yaşlı hücumçu Kriştianu Ronaldunu heyətə daxil etməyi planlaşdırmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Yaranmış vəziyyətlə əlaqədar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa oktyabrın 1-də milli komandanın Danimarka ilə qarşılaşacağı Kopenhagen şəhərinə gəlib. Yerli mənbələrin verdiyi məlumata görə, tərəflər arasında keçirilən üçtərəfli danışıqlar uğurla başa çatıb, görüş müsbət atmosferdə keçib və fikir ayrılıqları tamamilə aradan qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl baş məşqçinin hücumçuya ikinci hissədə yarım saatlıq əvəzetmə kimi şans verəcəyini bildirdiyi iddia edilirdi. Ronaldu isə qızışma hərəkətləri etməsinə baxmayaraq, oyunda meydana daxil edilməyib. Bu, təcrübəli futbolçunun son 18 ildə rəsmi oyunda ehtiyatda qalıb meydana çıxmadığı ilk hal olub. Final fitindən sonra narazılığını gizlətməyən Ronaldu azarkeşlərə təşəkkür etmədən birbaşa soyunub-geyinmə otağına yollanıb. Sentyabrın 29-da isə təcrübəli forvard komandanın ümumi məşqinə qatılmayaraq idman zalında fərdi hazırlıq keçib.
Namiq HUN