Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO
Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftoxim” neft-kimya kompleksində güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub.
Hazırda partlayışın səbəbi araşdırılır. Ölən və yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.