Tailand Kamboca ilə sərhəddə komendant saatı elan etdi

Tailand Kamboca ilə sərhəddə komendant saatı elan etdi
14.12.2025 14:56 Dünya

Tailand hakimiyyəti Kamboca ilə sərhəddə döyüş əməliyyatlarının genişlənməsi fonunda sahil ərazilərində komendant saatı tətbiq edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Komendant saatı dekabrın 14-də Tailandın Trat vilayətində qüvvəyə minib. Buna səbəb döyüşlərin mübahisəli sərhəd bölgəsindən sahil zonalarına yayılması olub.

Komendant saatı Trat vilayətində Kambocanın Kohkonq əyaləti ilə sərhəddə yerləşən beş rayonu əhatə edir. Daha əvvəl oxşar məhdudiyyətlər Şərqi Sakeo əyalətində tətbiq olunmuş və hazırda da qüvvədə qalır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər