Sloveniya dövlət başçısı yol qəzası keçirdi

Sloveniya dövlət başçısı yol qəzası keçirdi
02.08.2026 10:15 Dünya

Sloveniya Prezidenti Nataşa Pirts-Musar iyulun 31-də yol-nəqliyyat hadisəsinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb.

Məlumata görə, dövlət başçısı yüngül xəsarətlər alıb.

Qəzetin yazdığına görə, iyulun 31-də prezident məzuniyyətdən qayıdarkən onun kortejinə məxsus iki xidməti avtomobil Kastelets tunelində toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Prezident yüngül əzilmələrlə xilas olsa da, digər yaralının vəziyyətinin ağır olduğu bildirilir. Nataşa Pirts-Musar müayinə üçün xəstəxanaya aparılıb və qısa müddət sonra evə buraxılmasının planlaşdırıldığı qeyd olunub.

Digər zərərçəkənin səhhəti ilə bağlı əlavə məlumat verilməyib. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər