Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır

Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır
02.08.2026 11:30 Dünya

Macarıstan Pakş Atom Elektrik Stansiyasının fəaliyyətini 44 illik tarixində ilk dəfə dayandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar məlumat verib.

Baş nazir bildirib ki, qərar Dunay çayında suyun səviyyəsinin daha da aşağı düşməsindən sonra qəbul edilib.

Paytaxt Budapeştdən təxminən 120 kilometr cənubda yerləşən Pakş Atom Elektrik Stansiyası reaktorların soyudulması üçün Dunay çayının suyundan istifadə edir. Stansiya Macarıstanın elektrik enerjisi istehsalının 40 faizdən çoxunu təmin edir.

Qeyd edək ki, may ayından bəri davam edən yağıntı çatışmazlığı və ardıcıl istilik dalğaları nəticəsində Dunay çayında suyun səviyyəsi bəzi ərazilərdə rekord həddə enib.

Macarıstanın Su Təsərrüfatı İdarəsi Almaniyadan başlayaraq Qara dənizə qədər uzanan Dunay çayında su səviyyəsinin yaxın günlərdə daha da azalacağını proqnozlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər