İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı
İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS hərəkatının hərbi qanadının iki bölmə komandirini zərərsizləşdirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənub hissəsinə zərbə endirib və HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı bölməsinin taqım komandiri, 7 oktyabr 2023-cü il qətliamı zamanı Nir-Oz kibutsona hücumda iştirak etmiş Salem Camal Abd əl-Rəhman Abu Labadanı zərərsizləşdirib", - deyə bəyanatda qeyd olunub.
Bundan əlavə, Qəzza zolağının mərkəzi hissəsinə endirilən daha bir zərbə zamanı İMQ HƏMAS-ın "Məğazi" batalyonunun komandiri Məhəmməd Abd əl-Nasser Xatibi də zərərsizləşdirib.
Aysel Mətləb