ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var
ABŞ-nin Aydaho ştatında yerləşən restoranda silahlı hücum baş verib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
ABŞ mətbuatına açıqlama verən hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, hadisə Aydaho ştatının cənubunda yerləşən Tvin-Fols bölgəsində baş verib.
Məlumata görə, yarımavtomatik tüfənglə restorana daxil olan hücumçu ətrafa atəş açmağa başlayıb.
Rəsmilər hücumçunun daha sonra öz silahı ilə intihar etdiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.
Aysel Mətləb