Səudiyyə Ərəbistanı münaqişədən əvvəl 100 milyon barel neft çıxarıb

Səudiyyə Ərəbistanı münaqişədən əvvəl 100 milyon barel neft çıxarıb
16.03.2026 09:00 Dünya

"Səudiyyə Ərəbistanı Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl regiondan 100 milyon bareldən çox nefti çıxarıb".

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun bəzi müttəfiqləri regionda gərginliyin artacağını və İran ətrafında mümkün eskalasiyanı nəzərə alaraq əvvəlcədən tədbirlər görüblər.

“Bəzi müttəfiqlərimiz, o cümlədən Səudiyyə Ərəbistanı və o tək deyil — münaqişə başlamazdan əvvəl 100 milyon bareldən çox nefti Yaxın Şərqdən kənardakı anbarlarda yerləşdirib”, — deyə Rayt bildirib.

Nazir əlavə edib ki, İranın Hörmüz boğazını bağlaya biləcəyi ehtimalı ilə bağlı müxtəlif ssenarilər də hazırlanıb, lakin konkret tədbirlərin nədən ibarət olduğunu açıqlamayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər