SEPAH: "Elektrik stansiyalarına zərbə olsa, boğaz bağlanacaq"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran elektrik stansiyalarına zərbə endirəcəyi təqdirdə Hörmüz boğazından keçən gəmilərin hərəkətini tamamilə dayandırmağa hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Bundan əlavə, SEPAH Yaxın Şərqdə ABŞ ilə əlaqəli şirkətləri tamamilə məhv etməyə hazır olduğunu bildirib.
Aysel Mətləb