Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını...

Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını...
31.07.2026 14:20 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının konsessiya əsasında idarə edilməsinin həm Ermənistan, həm də Rusiya ilə dostluq münasibətləri olan üçüncü ölkəyə həvalə olunması ilə bağlı daha əvvəl irəli sürdüyü təklifə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyan bu təklifi 2026-cı ilin fevralında Rusiya tərəfinə təqdim edib.

Baş nazir bildirib ki, Ermənistanın dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması ölkəni bəzi rəqabət üstünlüklərindən məhrum edir. Onun sözlərinə görə, bəzi dövlətlər məhz bu səbəbdən Ermənistanın dəmir yolu infrastrukturundan istifadə etməkdən imtina edirlər.

Martın 26-da hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlər Paşinyandan Ermənistan dəmir yollarının idarəçiliyinin Qazaxıstan tərəfinə verilməsi ilə bağlı məlumatların doğru olub-olmadığını soruşublar.

"Əgər Ermənistan və Rusiya arasında qazax şirkətinin hər iki tərəf üçün məqbul variant olması ilə bağlı qarşılıqlı razılıq əldə olunsa, biz buna etiraz etmərik", – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar fərqli formatda davam edir, çünki Rusiya tərəfi hələlik bu təklifə razılıq verməyib.

"Belə fikirlər var, amma hələlik bunlar sadəcə müzakirə səviyyəsindədir", – deyə baş nazir əlavə edib.

Paşinyan, həmçinin bildirib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolları ilə bağlı məsələ də müzakirə olunub.

Baş nazir qeyd edib ki, bu istiqamətdə hələlik yeni qərar yoxdur və proses davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər