Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO
Rusiyanın Vladimir vilayətində yerləşən "Wildberries" şirkətinin logistika anbarı pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, yerli mənbələrin yaydığı görüntülərdə FP-1 tipli zərbə PUA-sının anbara dəydiyi an əks olunub.
Məlumata görə, hücuma məruz qalan obyekt "Wildberries"in regiondakı ən böyük logistika komplekslərindən biridir. Anbarın ümumi sahəsi təxminən 175 min kvadratmetr, layihə üzrə tutumu isə 122 milyon ədəd məhsul təşkil edir.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücumun nəticələri araşdırılır.
Jalə Rövşən