Rusiyada qayıq aşdı: 3 nəfər öldü

Rusiyada qayıq aşdı: 3 nəfər öldü
03.01.2026 04:51 Dünya

Rusiyanın Leninqrad vilayətində Novoladojski kanalında qayığın aşması nəticəsində üç nəfər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qəza-xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 2-si axşam saatlarında Novaya Ladoqa şəhərinin axtarış-xilasetmə dəstəsinə Krenitsi bazası ərazisində dörd nəfərin olduğu qayığın aşması barədə məlumat daxil olub.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, üç nəfər isə ölüb.

Məlumata görə, hüquq-mühafizə orqanları ölənlərin cəsədlərini hadisə yerindən aparıb, xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər