Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli üçün razılığa gəldi
Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ-nin təklifləri dekabrın 2-də prezidentin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfəri zamanı müzakirə edilib və prosesin davam etdirilməsi barədə anlaşma əldə olunub.
Nazir qeyd edib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın münaqişənin diplomatik yollarla həllinə dair dialoq istəyini müsbət qarşılayır.
Türkan İsgəndərli