Rusiya və ABŞ AES-in birgə idarə olunmasını müzakirə edir
Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (AES) birgə idarə olunmasını müzakirə edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu barədə biznes liderləri ilə qapalı görüşdə danışıb.
"Amerikalı həmkarlarımız Zaporojye AES-da mədənçiliklə məşğul olmaqda maraqlı olduqlarını bildiriblər. Amerika təşəbbüsü ilə Ukraynaya elektrik enerjisi təchizatı da müzakirə olunur", - deyə qəzet bildirib.
Aysel Mətləb