Rusiya Ukrayna cəbhəsində birtərəfli atəşkəs elan etdi
Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə 8-9 may tarixlərində Ukrayna cəbhəsində birtərəfli qaydada atəşkəs elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kreml bildirir ki, Moskva Ukraynanın da bu addımı atacağını gözləyir.
Aysel Mətləb