Rusiya Türkiyənin bu istəyini edə bilər
Rusiya atəşə tutulmaların dayandırılması və atəşkəs əldə olunacağı təqdirdə Qara və Azov dənizlərində taxıl ixracı imkanlarının 80 faizədək hissəsini qısa müddətdə bərpa edə bilər.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, regiondakı ixrac gücünün təxminən 20 faizini təmin edən üç terminal ciddi zədələnib. Onların təmiri bir neçə ay çəkə bilər.
Hazırda Türkiyə Qara dənizdə taxıl ticarətinin bərpası üçün diplomatik səylərə rəhbərlik edir.
Kübra Musayeva