Göydən gələn təhlükənin 45%-i tutulmadı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sentyabr ayında Ukraynaya qarşı həyata keçirdiyi “Şahed” hücumları ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, ayın tamamlanmasına az müddət qalmasına baxmayaraq, Rusiya Ukraynaya 2 730-dan çox reaktiv “Şahed” göndərib. Onlardan 1 500-dən çoxu vurulub və ya elektron vasitələrlə sıradan çıxarılıb.
Beləliklə, təxminən 1 200 dronun qarşısının alınmadığı bildirilir. Zelenski qeyd edib ki, onların əhəmiyyətli hissəsi müəyyən hədəflərə çatıb.
Ukrayna liderinin sözlərinə görə, hazırda reaktiv “Şahed”lərin ələ keçirilmə göstəricisi 55 faiz, adi “Şahed”lərdə isə 90 faizdən çoxdur.
Kübra Musayeva