“Audi” və “Volkswagen” sahiblərinə XƏBƏRDARLIQ

“Audi” və “Volkswagen” sahiblərinə XƏBƏRDARLIQ
27.09.2026 03:43 Dünya

“Audi” və “Volkswagen” sükan idarəetməsinin sıradan çıxması riski səbəbindən dünya üzrə 2,1 milyondan çox avtomobili geri çağırır.

TodayPress TV xəbər verir ki, məlumata görə, problem korroziya nəticəsində sıradan çıxa bilən bərkidici boltla bağlıdır. Qüsur səbəbindən sükan idarəetməsində nasazlıq yarana bilər.

Geri çağırışa “Audi Q3”, eləcə də “Volkswagen Golf”, “Golf Variant”, “Tiguan”, “Touran” və “Caddy” modelləri daxildir.

Hazırda bu qüsurla bağlı qəza və xəsarət halları qeydə alınmayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər