Lavrovla görüşdü, səbəbini belə izah etdi
Almaniya xarici işlər naziri Yohann Vadeful Sergey Lavrovla görüşünün səbəbini açıqlayıb.
TodayPress TV-nin məlumatına görə, Vadeful bildirib ki, bir sıra ölkələrin nümayəndələri ona Rusiyanın danışıqlara hazır olduğunu deyiblər. Onun sözlərinə görə, Almaniya, Avropa və ümumilikdə dünya sülh istəyir və buna görə də Lavrovla görüş üçün uyğun vaxtın çatdığını düşünüb.
“Gərginliyin azaldılmasına ehtiyac var. İlk növbədə, əlbəttə ki, Ukrayna ərazisində”, – deyə Vadeful bildirib.
Qeyd edək ki, Vadeful və Lavrovun görüşü sentyabrın 26-da Nyu-Yorkda baş tutub və bu, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra Almaniya və Rusiya xarici işlər nazirlərinin ilk birbaşa görüşü olub.
Kübra Musayeva