Litva hərəkətə keçdi: 100 min nəfər hazır vəziyyətə gətirildi
Litva mülki səfərbərlik rezervinin sayını 100 min nəfərə çatdırmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, LRT-nin məlumatına görə, rezervə dövlət qulluqçuları, həkimlər, mühəndislər, İT mütəxəssisləri, energetika sahəsinin əməkdaşları, logistlər və polis əməkdaşları daxil ediləcək.
Onların səfərbərlik və digər fövqəladə hallar zamanı həyati əhəmiyyətli sahələrin fəaliyyətinin təmin edilməsində iştirak etməsi nəzərdə tutulur.
Kübra Musayeva