ABŞ-dən ölkələrə XƏBƏRDARLIQ! İranın qapıları bir-bir bağlanır

ABŞ-dən ölkələrə XƏBƏRDARLIQ! İranın qapıları bir-bir bağlanır
26.09.2026 18:09 Dünya

ABŞ İranın qalan ticarət tərəfdaşlarına təzyiq göstərərək onları Tehranla bank və aviasiya əlaqələrini dayandırmağa çağırır.

TodayPress TV-nin məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına əsasən, ABŞ Maliyyə Nazirliyinin rəsmisi Conatan Börk Yaxın Şərq və Avropa ölkələrinə səfər edərək dövlətlərə xəbərdarlıq edib. Bildirilib ki, ölkələr İranla ticarəti davam etdirmək və Vaşinqtonla əlaqələri qorumaq arasında seçim etməlidirlər.

ABŞ-nin təzyiq kampaniyası artıq İrana qarşı uçuş qadağaları, bank sektorunda məhdudiyyətlər və ölkənin daha da təcrid olunması ilə nəticələnib.

Oman, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələr İran aviaşirkətləri və banklarına qarşı müxtəlif tədbirlər görüblər.

Məlumata görə, ABŞ rəsmiləri 50-dən çox ölkə ilə İranla bağlı əlaqə saxlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər