Rumıniya Ukraynanın müdafiəsinə milyonlar ayırdı

Dünya

31.12.2025 14:40

Rumıniya ABŞ tərəfindən əlaqələndirilən və bir sıra Avropa tərəfdaşları tərəfindən dəstəklənən təşəbbüsə qoşularaq Ukrayna üçün Beynəlxalq Müdafiə Yardımı Mexanizminə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, Rumıniya hökuməti Ukraynanın müdafiəsi üçün prioritet satınalma siyahısının formalaşdırılmasını nəzərdə tutan PURL (Ukraynanın Prioritet Tələbləri Siyahısı) təşəbbüsünə qoşulmaq barədə qərar qəbul edib.

Qeyd olunub ki, bu mexanizm çərçivəsində Buxarest Avropa müttəfiqlərinin və digər oxşar mövqedə olan ölkələrin əksəriyyətinə qoşularaq Ukraynanın müdafiəsi üçün 50 milyon avro ayıracaq.

Rumıniyanın xarici işlər naziri Oana Koyu açıqlayıb ki, maliyyələşdirmə 2025-ci il üçün təsdiqlənmiş büdcə limiti çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, Rumıniyanın PURL mexanizmində iştirakı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və davamlı sülhün təmin olunması üçün şəraitin yaradılmasına yönəlib.

Aysel Mətləb

TodayPress TV 

tag: Rumıniya,Avropa,Ukrayna,Yardım,Todaypress.tv,