Rubio: "İranın uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur"

Rubio: "İranın uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur"
05.05.2026 23:29 Dünya

İranın mülki nüvə energetikasını inkişaf etdirmək niyyətində olduğu halda belə, onun şəxsi uran zənginləşdirmə proqramına ehtiyacı yoxdur”

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə danışıb.

"Əgər İrana elektrik stansiyaları və bu kimi məqsədlər üçün mülki nüvə proqramı lazımdırsa, dünyada buna sahib olan bir çox ölkə var və onlar uranı zənginləşdirmir, zənginləşdirilmiş materialı idxal edirlər. Onlar (İran - red.) isə elə davranırlar ki, sanki hərbi nüvə proqramı istəyirlər. Bu, qəbuledilməzdir", - deyə Rubio izah edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər