Qrossi ABŞ-İran nüvə əlaqələrini bərpa etmək üzərində işləyir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) direktoru Rafael Qrossi ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı əlaqələri bərpa etməyə çalışdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “CBS”ə verdiyi müsahibədə bildirib.
"Ağ Ev ilə, eləcə də İranla vacib söhbətlərim oldu. İki tərəf arasında əvvəllər də əlaqələr olub və ümid edirik ki, onları bərpa edəcəyik", - deyə o, vurğulayıb.
Lakin Qrossi xəbərdarlıq edib ki, danışıqlar yalnız hərbi əməliyyatlar dayandırıldığı təqdirdə mümkün olacaq:
"Bombalar düşərkən heç nəyə nail ola bilmərik".
Aysel Mətləb