Qayıdın Ermənistana, övladlarınız daha başqalarının maraqları naminə ölməyəcək - Ölkədən nidalar yüksəldi

Qayıdın Ermənistana, övladlarınız daha başqalarının maraqları naminə ölməyəcək - Ölkədən nidalar yüksəldi
08.06.2026 10:06 Dünya

Ermənistanda keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsindən sonra sosial şəbəkələrdə və müxtəlif platformalarda diaspor ermənilərinin ölkəyə qayıdışı ilə bağlı çağırışlar yayılıb.

TodayPress TV xəbər verir ki, müəlliflər Ermənistanın Avropa ilə inteqrasiyasının gücləndirilməsinin və ölkənin xarici təsirlərdən daha müstəqil siyasət yürütməsinin vacibliyini vurğulayırlar.

Ölkə artıq Kremlin oyunlarında və intriqalarında sövdələşmə predmeti olmaq istəmir. Xarici maraqlar naminə oğlanlarını basdırmaq və yalnız özünü erməni xalqının hesabına qoruyan "qoruyucu"dan asılı olmaq kifayətdir.

Onların fikrincə, ölkənin inkişafı üçün xaricdə yaşayan erməni mütəxəssislərin, sahibkarların və digər peşə sahiblərinin vətənə qayıdaraq dövlət quruculuğu prosesinə töhfə verməsi əhəmiyyət daşıyır.

"Diaspora, diqqət! Mühəndislər, İT mütəxəssisləri, müəllimlər, sahibkarlar, inşaatçılar - vətəninizə qayıdın. Müstəqil bir Ermənistanı yenidən qurmaq lazımdır: güclü, Rusiyanın təsirindən azad və övladlarına və nəvələrinə layiq. Bu asan olmayacaq. Amma başqasının təsirinə xidmət etməkdənsə, öz ölkənizi qurmaq daha yaxşıdır. Ermənistan ölkənin rifahı üçün çalışmağa hazır olanları gözləyir!".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər