Putin Zelenski ilə görüşə hazır olduğunu bildirdi

Putin Zelenski ilə görüşə hazır olduğunu bildirdi
19.08.2025 06:10 Dünya

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər.

ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər