Polşada hərbi hissəyə dron hücumu

Polşada hərbi hissəyə dron hücumu
06.02.2026 20:20 Dünya

Polşada naməlum pilotsuz uçuş aparatı (PUA) hərbi hissənin ərazisinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Hərbi Jandarmeriyası “X”də məlumat yayıb.

Bildirilib ki, Lodz şəhərindəki Hərbi Jandarmeriya bölməsi 6 fevralda Lejnitsa-Vyelkayada yerləşən 1-ci hava kavaleriya batalyonunun ərazisinə düşən və heç bir zərər yetirməyən PUA ilə bağlı araşdırma aparır.

Hazırda hadisə yerində prosessual tədbirlər davam etdirilir.

Qeyd olunub ki, Aviasiya Qanunvericiliyinə əsasən, hava obyektindən istifadə etməklə, xüsusilə də hərbi təyinatlı ərazilər və obyektlər üzərində uçuşların həyata keçirilməsi cinayət hesab olunur və bu əmələ görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər