Peskov Rubionun açıqlamalarına münasibət bildirdi

Peskov Rubionun açıqlamalarına münasibət bildirdi
26.06.2026 14:32 Dünya

Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Marko Rubionun Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə Ukrayna məsələsi ilə bağlı yalnız təkliflərin irəli sürüldüyü, razılaşmanın əldə olunmadığı barədə açıqlamasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Peskov qeyd edib ki, əgər tərəflərdən biri, bu halda ABŞ, böhranla bağlı nizamlanma təkliflərini təqdim edib, digər tərəf isə həmin təkliflərlə razılaşıbsa, bunu razılığın olmadığı kimi təqdim etmək düzgün deyil.

“Bir tərəf, yəni ABŞ, bu böhranın həllinə necə yanaşmaqla bağlı öz təkliflərini masaya qoyub, digər tərəf isə bu təkliflərlə razılaşıbsa, razılığın olmadığını demək o qədər də düzgün yanaşma deyil”, – deyə Peskov bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər