Dondurucunı açıb, dəhşətə gəldilər: Rusiyada tükürpədici cinayət — 5 insan başı...

Dondurucunı açıb, dəhşətə gəldilər: Rusiyada tükürpədici cinayət — 5 insan başı...
26.06.2026 13:35 Hadisə

Moskvada yerləşən tibb mərkəzlərindən birinin dondurucu kamerasında beş insan başı aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, hadisə Suzdal küçəsində yerləşən tibb mərkəzində istintaq hərəkətləri zamanı baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları dondurucu kamerada polietilen paketlərə bükülmüş beş insan başı aşkar ediblər.

Aşkarlanan qalıqlar ekspertiza üçün morqa göndərilib.

Bildirilir ki, insan başları Sankt-Peterburqda vəzifə səlahiyyətlərini aşma maddəsi ilə başlanmış cinayət işi çərçivəsində aparılan istintaq zamanı tapılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər