Ukraynanın üzünə Aİ qapısını belə bağladılar
Polşanın müxalifətdə olan “Hüquq və Ədalət” Partiyasının lideri Yaroslav Kaçinski hökuməti Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini bloklamağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.pl" məlumat yayıb.
Kaçinski bildirib ki, Ukrayna Avropa İttifaqına qoşulmaq istəyirsə, Avropa dəyərlərinə uyğun davranmalıdır.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl Ukraynanın yalnız hər iki tərəf buna hazır olduqda Avropa İttifaqına üzv ola biləcəyini bildirmişdi.
Qiymət Mahir