“PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır

“PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır
13.08.2026 09:33 İdman

PSJ klubu 2026-cı il UEFA Superkubokunda qazandığı qələbədən sonra transfer çalışmalarını davam etdirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisi belçikalı vinger Miki Qodtsun transferi üçün “Ayaks”ın razı qalacağı yeni təklif hazırlayacaq. Bununla da tərəflər arasında razılaşmanın tamamlanması gözlənilir.

Bundan başqa, “Barselona”nın ispaniyalı hücumçusu Ferran Torresin yaxın zamanda PSJ-yə qoşulacağı bildirilir.

Parislilər, həmçinin “Parma”nın yaponiyalı qapıçısı Dzion Suzukinin transferi ilə bağlı rəsmi addımlar atacaq. Tərəflər arasında artıq şifahi razılaşmanın əldə olunduğu qeyd edilir.

Qeyd edək ki, PSJ UEFA Superkuboku uğrunda keçirilən görüşdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər