"Hər şey plan üzrə gedir!" Vens Trampın İrana qarşı qərarını ifşa etdi

"Hər şey plan üzrə gedir!" Vens Trampın İrana qarşı qərarını ifşa etdi
26.06.2026 13:50 Dünya

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Prezident Donald Trampın ətrafındakı bəzi şəxslər Vaşinqtonun İrana qarşı hərbi əməliyyatın məqsədlərini genişləndirməməsindən narazı qalıblar.

TodayPress TV xəbər verir ki, Vens bu barədə Kaliforniya ştatının Yorba Linda şəhərində yerləşən Riçard Nikson Kitabxanasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Trampın qarşıya qoyduğu əsas məqsədlər İranın konvensional silah imkanlarını məhdudlaşdırmaq, onun güc nümayiş etdirmək qabiliyyətini zəiflətmək və Tehranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək olub.

Vens bildirib ki, bəzi şəxslər administrasiyanı bu məqsədləri dəyişərək daha geniş hədəflər müəyyənləşdirməyə çağırıblar. Lakin Tramp bu çağırışlara məhəl qoymayaraq ilkin strategiyasına sadiq qalıb.

Vitse-prezident əlavə edib ki, İranla bağlı proses hələ başa çatmasa da, hazırda hər şey plan üzrə gedir.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər