Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiya istiqamətində 1000-dən çox dron buraxıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri 1061 qanadlı dron, 5 uzunmənzilli “Neptun” raketi və 5 digər vasitələri məhv edib.
Rusiya Müdafiə Nazirliyi başqa heç bir təfərrüat açıqlamayıb.