Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək
Çin və İndoneziya donanmaları avqustun ortalarında Tayvanın şərqindəki sularda birgə hərbi-dəniz təlimləri keçirəcək.
TodayPress TV xəbər verir ki, Çin Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə hər iki ölkənin freqatları iştirak edəcək.
Təlimlər zamanı dəniz rabitəsinin təşkili və təchizat imkanlarının artırılması üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
Pekin bildirir ki, təlimlərin əsas məqsədi iki ölkənin donanmaları arasında birgə əməliyyat imkanlarını gücləndirmək, praktiki əməkdaşlığı dərinləşdirmək və regionda sülh və sabitliyin qorunmasına töhfə verməkdir.
Türkan İsgəndərli