Kadırovu görəndə dilə gəldi: "Axmat gücdür, şef çempiondur..."
Çeçenistan rəhbəri Ramzan Kadırov Tibb İşçiləri Günü münasibətilə keçirilən tədbirdə robotla söhbət edib.
TodayPress TV xəbər verir ki, Kadırov görüşün videosunu özünün "Telegram" kanalında paylaşıb.
Kadrlarda robotun Kadırovu salamladığı və “Axmat – gücdür, şef – çempiondur, Allahu Əkbər” dediyi görünür. Daha sonra Kadırov robotla əl sıxır.
Tədbir zamanı Çeçenistan rəhbəri bir sıra tibb işçilərini mükafatlandırıb. Səhiyyə naziri Adam Alxanov və Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə Tibbi-Sanitar Hissəsinin rəisi Ramzan Aldebirova “Çeçenistan Qəhrəmanı” adı verilib.
Qiymət Mahir