Ursula fon der Leyen Ermənistandan sonra Azərbaycana səfər edəcək
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ermənistana səfərindən sonra Azərbaycana gələcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, səfər zamanı fon der Leyeni Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da müşayiət edəcək.
Qeyd edək ki, Cənubi Qafqaz Brüssel tərəfindən Avropa ilə Asiya arasında strateji əhəmiyyətli nəqliyyat dəhlizi kimi qiymətləndirilir. Regionun əhəmiyyəti Yaxın Şərqdə baş verən proseslər fonunda daha da artıb.