Patriarx Kirill bəzi keşişlərin moizələrini tənqid etdi

Dünya

16.12.2025 16:45

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill illik Moskva Yeparxiya Məclisində çıxışı zamanı bir sıra keşişlərin qeyri-adi və şokedici xütbələrinə etiraz edib.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, onun sözlərinə görə, kilsə minbəri səhnə və ya platforma deyil və moizə zamanı dinləyiciləri təəccübləndirməyə çalışmaq yolverilməzdir.

Patriarx Kirill bu cür çıxışları “xütbənin karikaturası” adlandıraraq bildirib ki, keşişlər icma üzvlərini şoka salmamalı, dini dəyərləri sakit və anlaşılan şəkildə çatdırmalıdırlar. O qeyd edib ki, bəzi keşişlər orijinal görünmək və ya kilsəyə nadir hallarda gələn insanları cəlb etmək üçün bu cür üsullara əl atırlar.

Onun sözlərinə görə, moizələr əyləncə xarakteri daşımamalı, insanların düşüncəsinə və mənəviyyatına xitab edən əsas dini həqiqətlərin ötürülməsinə xidmət etməlidir.

Jalə Rövşən 

TodayPress TV

tag: Patriarx,Kiril,Moskva,Yeparxiya Məclisi,Todaypress.tv,