"Onların pulu yoxdur" - Tramp İrandakı vəziyyətdən danışdı
İranda inflyasiyanın 300%-ə çatacağı və ölkədə vəziyyətin pisləşəcəyi gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
"İranın Hərbi Dəniz Qüvvələri yoxdur, Hərbi Hava Qüvvələri yoxdur, qalan hərbçilərinə maaş verilmir, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məhv edilib və qaçır, onların rəhbərliyinin isə ən yaxşı halda vəziyyəti qeyri-müəyyəndir! Onların pulları yoxdur", - deyə Tramp bildirib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69%-ə çatacağını gözləyir. Dünya Bankı isə ölkədə bu göstəricinin əvvəlki illə müqayisədə 42,2% olacağını proqnozlaşdırır.
Aysel Mətləb