Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI
“Ənsar Allah” hərəkatından olan husilər son altı gün ərzində 84 döyüşçüsünü, o cümlədən 28 komandirini itirib.
TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, yalnız üsyançıların nəzarətində olan paytaxt Sənada ötən həftə ərzində hərəkatın 40 üzvünün dəfn mərasimi keçirilib.
Telekanal qeyd edir ki, bu rəqəmlər bir neçə cəbhədə davam edən döyüşlər fonunda husilərin sıralarında itkilərin artdığını göstərir.
Aysel Mətləb